SON DƏQİQƏ
» » Su idman növlərinin sağlamlığınız üçün əhəmiyyəti

Su idman növlərinin sağlamlığınız üçün əhəmiyyəti

Tarix:

13-06-2019, 20:36

/ 2 249 dəfə oxundu.
Su idman növlərinin sağlamlığınız üçün əhəmiyyəti

Su insan həyatında böyük rol oynayır. İnsan hüceyrələrinin 80%-i sudan ibarətdir. Ona görə də su idman növləri sağlamlığınız üçün əhəmiyyətlidir. Üzgüçülük insanın aktivliyini artırır. Davamlı idman hərəkəti edən insan bədənində temperatur 30-32 dərəcəyə çatır. Bu öz növbəsində insanlarda qavrama qabiliyyətini inkişaf etdirir. Üzgüçülüklə məşğul olan insanlar başqalarına fərqli olaraq daha sağlam olurlar.

GunAz.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, üzgüçülüyün insan orqanizminə təsir göstərməsi üçün gündə ən azı 45 dəqiqə müddətində bu idmanla məşğul olmaq lazımdır. Əgər siz müntəzəm şəkildə bu idmanla məşğul olmursunuzsa tez bir zamanda uğurlu nəticə əldə edə bilməyəcəksiniz.
Üzgüçülüklə məşğul olarkən əməl edilməli olan əsas qaydalardan biri kifayət qədər maye qəbul etməkdir. Bu yolla biz itirdiyimiz enerjini tez zamanda bərpa edə bilerik. Bəzi hallarda insanların diqqətsizliyinə görə üzgüçülükdən sonra onlarda spazm yarana bilir. Bu cür təhlükələrdən uzaq olmaq üçün üzdükdən sonra saçları,qulaq dəliklərini yaxşı qurulamaq və bədəni soyuqdan qorumaq lazımdır. 

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ