SON DƏQİQƏ

Belarus: İrəvanla əsas problem bundan ibarətdir

Tarix:

11-06-2019, 14:49

/ 1 999 dəfə oxundu.
Belarus: İrəvanla əsas problem bundan ibarətdir

Avrasiya İttifaqına qarşı xarici qüvvələr aktiv çalışırlar.

GunAz.az xəbər verir ki, bunu Belarusun Ermənistandakı səfiri İqor Nazarçuk deyib.

“Açıq mətnlə deyirəm: Bizə qarşı aktiv iş ciddi resurslar cəlb edilərək aparılır”, – deyə o bildirib.

O, Ermənistanın əsas çətinliyinin onun eksklav (ölkənin əsas ərazisindən ayrılan və digər dövlətlərlə qeyri-suveren region – red.) olmasıyla əlaqələndirib:

“Bizim Ermənistanla vahid gömrük məkanımız, vahid iqtisadi məkanımız var, amma coğrafi xüsusiyyətlərə görə müəyyən formallıqlar sərhədlərdən keçirilməlidir. Əminəm ki, bu, gələcəkdə həm də əlavə tərəfdaşların Avrasiya İttifaqı layihələrinə cəlb edilməsiylə həll ediləcək”.

N.SAFURA

скачать dle 12.1

Şərhlər