SON DƏQİQƏ
» » ABŞ bu ölkəyə tətbiq etdiyi vergini dayandırdı

ABŞ bu ölkəyə tətbiq etdiyi vergini dayandırdı

Tarix:

8-06-2019, 19:17

/ 1 892 dəfə oxundu.
ABŞ bu ölkəyə tətbiq etdiyi vergini dayandırdı

ABŞ Prezidenti Donald Trump Meksika ilə miqrantlar haqqında razılığa gəldiyini və bu ölkəyə tətbiq olunacaq gömrük rüsumlarının dayandırıldığını bildirib.

GunAz.az xəbər verir ki, Tramp bu barədə məlumatı öz Tvitter hesabından yazıb. O bildirib ki, Meksikaya qarşı tətbiq olunacağı deyilən gömrük rüsumları qeyri-müəyyən vaxta qədər dayandırılıb. Tramp həmçinin Meksikada sosial və iqtisadi layihələrə dəstək verəcəklərini və potensial miqrantların öz ölkələrində qalmalarını təmin edəcəklərini bildirib.

Qeyd edək ki, ABŞ administrasiyası Meksikadan ABŞ-a gələn immiqrantların qarşısını almaq üçün onlara 5 faiz gömrük rüsumu tətbiq edəcəyini açıqlamışdı.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ