SON DƏQİQƏ

Bakı məscidlərində bayram namazı qılınıb

Tarix:

5-06-2019, 10:19

/ 1 945 dəfə oxundu.
Bakı məscidlərində bayram namazı qılınıb

 Bu gün Azərbaycanın bütün məscidlərində, Ramazan ayının başa çatması ilə əlaqədar bayram namazı qılınıb.

GunAz.az xəbər verir ki, saat 08.00-da "Əjdərbəy" məscidində, saat 09.00-da isə "Təzəpir" məscidində bayram namazının qılınmasına başlanıb.

"Təzəpir" məscidində bayram namazında Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə də iştirak edib. 

QMİ Qazılar Şurasının fətvasına əsasən Ramazan ayı bu il Azərbaycanda miladi təqvimlə mayın 6-da başlayıb. Bayram isə iyunun 5-ə təsadüf edir.

N.SAFURA

скачать dle 12.1

Şərhlər