SON DƏQİQƏ
» » “AMAY Abdulla”nın şərikləri həbs edildi – Hökm

“AMAY Abdulla”nın şərikləri həbs edildi – Hökm

Tarix:

3-06-2019, 17:33

/ 1 136 dəfə oxundu.
“AMAY Abdulla”nın şərikləri həbs edildi – Hökm

Dələduzluqda təqsirləndirilən Xudafərin MMC-nin vəzifəli şəxsləri - Anar Məmmədov, Ramiz Quluzadə, Nicat Məmmədov, Cavid Qurbanov və Emin Gülün cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Anar Məmmədov və Ramiz Quluzadə hər biri 8 il müddətinə azadlıqdan məhrum ediliblər. Onlar məhkəmə zalından həbs olunublar.

Barələrində ev dustaqlığı qətimkan tədbiri seçilmiş digər şəxslərə isə şərti cəza verilib.

Qeyd edək ki, Xudafərin MMC-nin vəzifəli şəxsləri - Ramiz Quluzadə, Nicat Məmmədov, Cavid Qurbanov və Emin Gülə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub.

Onların barəsində həbs qətimkan tədbiri seçilməyib.

Cinayət işində 47 zərərçəkmiş var. Təqsirləndirilən şəxslər ümumilikdə 2 milyon manat dəyərində dələduzluq etməkdə təqsirli bilinirlər.

Xudafərin MMC "AMAY Abdulla" kimi tanınan iş adamı Abdulla Abdullayevə məxsusdur.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ