SON DƏQİQƏ
» » Avroliqanın finalı günü təcili yardıma 17 əcnəbi müraciət edib

Avroliqanın finalı günü təcili yardıma 17 əcnəbi müraciət edib

Tarix:

30-05-2019, 11:08

/ 1 496 dəfə oxundu.
Avroliqanın finalı günü təcili yardıma 17 əcnəbi müraciət edib

UEFA Avropa Liqasının finalı ilə bağlı gücləndirilmiş rejimdə çalışan Bakı şəhəri üzrə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 43 çağırış daxil olub.

Səhiyyə Nazirliyindən GunAz.az-a verilən məlumata görə, müraciət edənlərdən 17-si xarici ölkə vətəndaşıdır. 

Müraciətlər nəticəsində üç nəfər xəstəxanaya yerləşdirilib. Onlardan ikisi əcnəbi, biri azərbaycanlıdır. 

скачать dle 12.1

Şərhlər