SON DƏQİQƏ
» » “Azərişıq”: Gədəbəydə güclü leysan yağışları rayonun elektrik enerjisi infrastrukturuna ciddi ziyan vurub

“Azərişıq”: Gədəbəydə güclü leysan yağışları rayonun elektrik enerjisi infrastrukturuna ciddi ziyan vurub

Tarix:

28-05-2019, 19:24

/ 2 055 dəfə oxundu.
“Azərişıq”: Gədəbəydə güclü leysan yağışları rayonun elektrik enerjisi infrastrukturuna ciddi ziyan vurub

 Gədəbəy rayonunda güclü leysan yağış rayonun elektrik enerjisi infrastrukturuna ciddi ziyan vurub.

“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev GunAz.az-a bildirib ki, təbiət hadisəsi qurumun əməkdaşlarının fəaliyyətinə maneə yaradır:

“Güclü yağış-leysanla əlaqədar 35 kVt-luq Slavyanka yarımstansiyasından 10 kVt-luq Slavyanka hava xətti açılıb. Bundan əlavə xəttin dayağı əyilib. Hazırda əməkdaşlarımız baş verən qəzanın nəticələrini aradan qaldırmağa çalışır. Amma mövcud əlverişsiz hava şəraiti təmir-bərpa işlərinə mane olur”.

скачать dle 12.1

Şərhlər