SON DƏQİQƏ
» » Mehriban Xanım xalq artistinə maşın BAĞIŞLADI-ÖZƏL

Mehriban Xanım xalq artistinə maşın BAĞIŞLADI-ÖZƏL

Tarix:

28-05-2019, 12:19

/ 1 280 dəfə oxundu.
Mehriban Xanım xalq artistinə maşın BAĞIŞLADI-ÖZƏL

Bu günlərdə Azərbaycan tibb universitetinin tədris cərrahiyə klinikasında müalicə olunan kinorejissor, yaddaqalan obrazlarla tamaşaci rəgbəti qazanmış sevimli aktyorumuz, Azərbaycanın Xalq Artisti , "  Şöhrət"  ordenli ,professor, şair, rəssam, idman ustası , Həkəri qəzetinin fəxri heyətinin üzvü , "Qızıl qələm" media mükafatçısı , xeyriyyəçi Ramiz Əzizbəyli  həkimlərimizin köməkliyi sayəsində səhhətində yaranmış problem nisbətən  düzəlmiş və evə buraxılmışdır . Ertəsi günü Ramiz müəllimlə telefon əlaqəsi saxladım. Sənətkar gülə - gülə dedi: " Rauf, düzəlmişəm, gəl bizə ,sənə bir şad xəbər də deyəcəyəm. " 
Baş üstə deyib fikirləşdim ki, növbəti kitabının siqnal nömrəsini yəqin oxuyub ,məni ona görə çagırır ki,  əlyazmalarını mətbəəyə aparam. . Səhər nəşriyyatda işimi tez yekunlaşdırıb onlara getdim. Ramiz Əzizbəylinin ömür- gün yoldaşı , qudrətli və unudulmaz sənətkarımız Möhsüm Sənaninin bacısı nəvəsi olan 
Zümrüd xanım , eləcədə sevimli qızları Şəlalə və Cəlalə xanım məni adəti üzrə dogmalarıtək qarşıladılar .  
Ramiz Əzizbəyli ilə qudası Mirzə Qasımzadənin nərd oynadıqlarını görəndə çox sevindim . Ramiz müəllim məni qudasına o ki var tərif etdi və sonra nərd oyunu həmişəki kimi böyük sənətkarın hesabına qələbəylə  başa çatdı . 
Ustad sənətkar sevincini mənimlə bölüşdü : " Xəstəxanadan təzə çıxmışdım, səhəri gün Heydər Əliyev Fondundan  Birinci xanımın nümayəndələri gəlmişdilər . Onlar ev şəraitimlə maraqlanıb öz hesablarına  mənzilimi təmir etdirməyi  dedilər. Hələ üstəlik bir  bahalı ,təzə avtomobil də hədiyyə etdilər . Mən hələ indiyə qədər ömrümdə belə qaygı ,  xeyirxahlıq görməmişdım.Sag olsunlar  " - dedi . 
Bu sözləri deyib kövrək qəlbli Ramiz Əzizbəyli  sevinçdən, fərəhdən çox duygulandı və göz yaşlarını sildi . 
Azərbaycanın  Birinci Vitse  Prezidenti ,Heydər Əliyev Fondunun  Prezidenti Mehriban xanım Əliyevanın bilavasitə  tapşırıgı ilə xalq sənətkarına belə bir çətin anda  göstərilən diqqət və qaygı bizi də bu müqəddəs Ramazan ayında çox sevindirdi .Ramiz müəllim onu da bildirdi ki, mən heç yerə müaciət etmə.işdim Görün necə .ənə diqqət göstərirlər .  Halal olsun bu nəcib, xeyirxah ananı dünyaya bəxş edən, böyüdən valideynlərinə .  Ölkə Prezidenti ilə birlikdə  Azərbaycanı cənnətə cevirən Mehriban xanıma ramizsevərlər adından can saglıgı , uzun ömür ,ailə səadəti ,  Qarabagımızın azadlıgı naminə xoşbəxt günlər arzulayıram. 
Mehriban xanımın humanist addımından dostlar qoy sevinsin, düşmənlər isə xar olsun. 
Ustad sənətkarımız Ramiz Əzizbəyliyə  saglam həyat ,  xalqımiza ,dövlətimizə əmin- amanlıq arzulayıram. 
Rauf İlyasoglu

GunAz.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ