SON DƏQİQƏ

Ramiz Əzizbəylinin "Cızma Qaralar"ı

Tarix:

26-04-2019, 18:35

/ 10 343 dəfə oxundu.
Ramiz Əzizbəylinin "Cızma Qaralar"ı

Bu gün sevimli kinoaktyorumuz, telerejissor, Azərbaycanın Xalq artisti, "Şöhrət " ordenli , professor,  "Qızıl  qələm" media mükafatçisı , yazıçi, şair - qəzəlxan , rəssam, mügənni , uzun illər məclislərimizin masabəyisi , xeyriyyəçi , vətənini, dövlətini , xalqını canindan çox istəyən görkəmli sənətkarımiz Ramiz Hacıaga oglu Əzizbəylinin "Cızma Qaralar" kitabının beşinci dəfə təkrar nəşri işiq üzü görmüşdür . 
"Ekoprint" nəşriyyatında çap olunmuş kitabın bədii redaktoru və korrektoru olaraq çox qürür hissi keçirdim. 
Kitabda Ramiz Əzizbəylinin vətənpərvər mövzulu  şeirləri ilə yanaşı, xeyli sayda aforizmləri,  deyimləri, hekayələri, qəzəlləri və ithaf şeirləri də cəmlənmişdir . 
Ramiz Əzizbəyli öz şəxsi vəsaiti hesabına çap etdirdiyi kitabını   onu tanıyan insanlara hədiyyə edir və bir müddətdən sonra mənə zəng edərək deyir :  -"  İlyasoglu! 
Bu kitabdan özümdə qalmayıbdir. Hamısını dostlara hədiyyə etmişəm. Sabah gəl bizə, pensiyamı almışam. 100 ədəd də çap etdirmək lazımdir " 
Baş üstə deyib  öz - özümə fikirləşirəm ki, görəsən imkanlı insanlarımız nə vaxt deyəcəklər ki , Sənətkarın kitablarının heç olmasa birini 1000 tirajla çap etdirmək  xərci mənim boynuma.   
Mügənnilərimiz var ki, ayda  itinə, pişiyinə  mənim  beş  illik təqaudum qədər  pul xərcləyir , heç uf da demir . 
Lakin qururlu sənətkarımız hec kəsə agız açmadan kitablarını  pensiyası hesabına ,  halal puluyla çap etdirməyi üstün tutur .  
Onu da qeyd edim ki, Ramiz Əzizbəylinin şeirləri başdan ayaga fəlsəfi fikirlərlə zəngindir . 
Ramiz Əzizbəyli çox özündən deyən şairlərə dərs deyən və lazim gələndə  dizini yazilari ilə qatlayan  görkəmli şairlərimizin sirasında inamla addımlayan sevimli sənətkarımizdandir . 
Qələm dostumuza can sağlığı və tezliklə sağalıb səhnəyə qayitmasını arzulayırıq .

Rauf İlyasoglu

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ