SON DƏQİQƏ
» » Xalq Artisti Ramiz Əzizbəyli ilə səmimi görüş

Xalq Artisti Ramiz Əzizbəyli ilə səmimi görüş

Tarix:

22-02-2019, 17:16

/ 11 332 dəfə oxundu.
Xalq Artisti Ramiz Əzizbəyli ilə səmimi görüş

Görkəmli sənətkarımız Ramiz Əzizbəylinin yaradıçılığı ilə bağlı tez-tez evlərinə gedib gəlirəm. Hər dəfə onlara gedəndə zəng edib nə ürəyi istədiyini bilmək istəyəndə deyir: - Rauf, dostlarınla gəl. Sağlığın bəsdir.  Hər şey var.  Bugünkü günə də şükür.

Bir neçə ay əvvəl Ramiz Əzizbəylinin 70 illik yubileyi ilə, eləcə də “Şöhrət” ordeni alması münasibətilə Heydər Əliyev adına Sarayda keçiriləçək tədbirin hazırlığı ilə bağlı sevimli aktyorumuzun evində hazırlıq işləri gedirdi. Ramiz müəllim çay balığını xoşladığı üçün dostu Nicat Əsgərov hazırlıqlı gəlmişdi. Öz aramızdır, çay balığını kim xoşlamaz. “Həkəri” qəzeti redaksiyasının fəxri heyətinin üzvü olan Ramiz Əzizbəyli ilə birlikdə iştahla çay balığından təam etmişdik.

Ramiz Əzizbəylinin həyat yoldaşı Zümrüd xanım ləzzətli plov dəmləmişdi.

İstedadlı aktyorumuz Azad Şükürov masabəyi olaraq məclisi idarə edirdi.

Onu da qeyd edim ki, qonaqlı-qaralı olan Ramiz Əzizbəylinin evinin qapısı hər kəsin üzünə açıqdır. İlahi, bu insanın qəlbi necə kövrəkdir, süfrəsi də ürəyi kimi açıqdır. Xeyirxahlığı dillər əzbərinə çevrilib. Mənə də Şamaxıdakı bağından çoxlu meyvə gətirməyi unutmayıb.

Həmişə pul xərcləyən olub və bu gün də səxavətini dostlarından əskik etmir.

Aldığı dövlət təqaüdü ilə ailə dolandırır, dost yolunda xərcləyir. Həyat yoldaşı və iki qızı ali təhsilli olsa da işləmirlər. Təqaüdü dərmanlarına da çatmır. Sağ olsun qədirbilən dostlar, onu unutmur. Belə sənətkarı tarix yüz ildən bir yetirir.

Vaxtilə İsi Məlikzadənin Ramiz Əzizbəyliyə həsr etdiyi kitabı öz xərcinə çıxartdı. Bir korrektor olaraq kitabın çap olunmasında bu sətirlərin müəllifi ilə yanaşı “Ekoprint” mətbəəsinin direktoru Ceyhun müəllimin də xidmətləri təqdirəlayiqdir. Azı unutsaq unudularıq.

Redaksiyada sənətkarın səhhəti ilə maraqlanan dostlara Həkəri cayının qızıl balığından söhbət edib işğalda qalan rayonlarımıza laylay çalan çayımızdan ürək ağrısıyla danışırdım.

Belə qərara gəldik ki, Gunaz.az saytının baş redaktoru Bilman Allahverdiyev, saytın  redaktorları Rəsmiyyə  Heybətağa qızı və mən   birlikdə sabah sənətkarın görüşünə gedək.

Səhər güclü qar yağmasına baxmayaraq, birlikdə gəlib Ramiz müəllimin qonağı olduq. Gözəl əl qabiliyyəti olan Rəsmiyyə xanım sürpriz olaraq dəniz balığından ləzzətli təamlar hazırlamışdı.

Balıq bəhanəsiylə yola düzəldik. Günorta Yeni Yasamalda yaşayan Ramiz Əzizbəylinin yaşadığı binaya çatdıq. Sənətkarın kürəkəni Rüfət müəllim oğluyla bizi qarşıladı. Görkəmli sənətkara baş çəkən sevimli aktyorlarımız  Mehriban Xanlarova, Şirzad Pirallahı, sair dostumuz Şahini, eləcə də Mehriban Xanlarovanın  fanatı ramizsevər, gənc istedadlı xanım Səidə Cabbarovanı görərkən çox sevindik və çay süfrəsi ətrafında şirin söhbət etdik. Bu unudulmaz görüşləri videoya çəkən foto-müxbirimiz Tərlan Əzizbəyli  unudulmaz günləri xatirələrdə yaşatmaq üçün şəkillər çəkib paylaşırdı. İstedadlı aktrisa Mehriban Xanlarova vətənpərvər mövzuda çıxış edərək böyük sənətlarımız Ramiz Əzizbəyliyə can sağlığı arzuladı. Məclisə duzlu yumorları ilə gülüş qatan və şeir deyərkən vulkan tək püskürən vətənlərvər ziyalımız Şirzad Pirallahının söylədiyi şeirlər alqışlarla qarşılandı.

Rəsmiyyə xanımın söylədiyi “Ana” şeiri hər birimizi duyğulandırdı.  Göz yaşlarını saxlaya bilməyən Ramiz müəllimin və Mehriban xanımın şərəfinə məhəbbət mövzulu şeirimlə xoş ovqat yaratdıq. Əsl şeir məclisi idi.

Kecən görüşdən ruhlanan Ramiz Əzizbəyli bütün qonaqlara təşəkkürünü bildirdi və xalqımızın sevimli sənətkarı Zeynəb Xanlarovaya, polkovnik Həmid Cəfərova, Sucəddin Abdullayevə və digər dostlara  salamını çatdırdı.

Ramiz Əzizbəyliyə həsr etdiyim “Həkəri” qəzetinin xüsusi buraxılışından hər kəsə hədiyyə edildi. 

Onu da qeyd edim ki, sənətkarımızın yaxın dostu, gözəl insan mərhum  Babakişi müəllimin  xatirəsinə həsr etdiyi şeiri Ramiz müəllim mənə təqdim edərək yığıcı-operator vətənpərvər el qızı Sevda Əlizadəyə yazdırmışdım. Köhnə əlyazmaları  təcrübəli  dizayner Ramiz Hümbətovun kompüterinə köçürtmüşdüm. Yazıları görən sevimli aktyorumuz çox sevindi. Qeyd edim ki, şeir deyərkən, eləcə də Mehriban xanımın şirin danışığı qəlbimizə məlhəm kimi yayılmışdı. Zümrud xanımın kövrəlməsi bizi də çox duyğulandırdı. Axı 50 ildən çoxdur ki, sevimli Ramiz müəllimlə ömür-gün yoldaşı olan Zümrud xanım həyat yoldaşının hər qayğısına qalan vəfalı dostu, sirdaşıdır. Onu da bildirim ki, Zümrud xanım qüdrətli sənətkarımız Möhsun Sənaninin bacısı Kübra xanımın doğma nəvəsidir.

Bitib tükənməyən, istedadı sönməyən Ramiz Əzizbəylinin tezliklə 4 cildlik kitabı da işıq üzü görəcəkdir.

Ramiz Əzizbəyli bildirdi ki, həkimlər indi gələcəklər.

Xüsusiləşdirilmiş Angioloji Mərkəzin həkim-cərrahları Ceyhun Babayev və Əşrəf Həsənov 2 ay öncə əməliyyat etdikləri Azərbaycanın Xalq artisti, kinorejissor, aktyor, “Şohrət” ordenli, professor, şair, müəllim, ustad sənətkarımız Ramiz Əzizbəyliyə baş çəkməyə gəlmisdilər. Fürsət tapıb bu vətənpərvər həkimlərimizin şəkillərini çəkib  sənətkarımızın səhhətinin nə yerdə olduğunu öyrəndim. Həkim-cərrahlarımız  növbəti xəstəmizin ayağını amputasiyadan qurtardıqlarına görə çox sevindiklərini bildirib, günü-gündən səhhəti yaxşılaşan Ramiz müəllimə dəyərli həkim məsləhəti və tövsiyələrini verib diqqət göstərdilər. Əhsən olsun xalqımızın bələ istedadlı həkimlərinə deyib xoş təəssüratla  ayrılarkən Ramiz müəllim yumorundan da qalmadı: - Rauf, indi vaxt olmadı, həm də çox yoruldum, növbəti dəfə gələndə Bilman müəllimi nərddə udaram, razı qalar - deyib  xudafisləşdik.

Facebook səhifəsində paylasdığımız görüslərdən söhbət salıb, minlərlə Ramizsevərlərin sənətkara şəfa dilədiyini bildirdik və onun tezliklə sağalmasını arzuladıq.

 

Rauf İLYASOĞLU,

şair-publisist

Xalq Artisti Ramiz Əzizbəyli ilə səmimi görüş

 

Xalq Artisti Ramiz Əzizbəyli ilə səmimi görüş

 

Xalq Artisti Ramiz Əzizbəyli ilə səmimi görüş

Xalq Artisti Ramiz Əzizbəyli ilə səmimi görüş

 

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ