SON DƏQİQƏ
» » Xəzərin hüquqi statusu müəyyənləşsə də, məsələ tam həllini tapmayıb - RƏY

Xəzərin hüquqi statusu müəyyənləşsə də, məsələ tam həllini tapmayıb - RƏY

Tarix:

24-05-2019, 14:27

/ 1 324 dəfə oxundu.
Xəzərin hüquqi statusu müəyyənləşsə də, məsələ tam həllini tapmayıb - RƏY

Azərbaycanda 1992-ci illərdə qaz, elektrik yox idi. Heydər Əliyev Azərbaycan enerjisi təhlükəsizliyini, o cümlədən, qida təhlükəsizliyini tam təmin etdi.

GunAz.az xəbər verir ki, bunu bu gün Milli Məclisdə (MM) Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP GB) üzvləri ilə görüşdə “Azərbaycanda enerji təhlükəsizliyi” mövzusunda çıxış edən vitse-spiker, parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov bildirib.

Vitse-spiker deyib ki, Xəzər dənizinin hüquqi statusu müəyyənləşsə də, hələ də məsələ tam həllini tapmayıb:

“1993-1994-cü illərdə xarici şirkətlərin Azərbaycana dəvət edilməsi, sazişlərin imzalanması çox çətin idi. Saziş imzalamaq asan, ancaq bu sazişlərdə xalqın, dövlətin maraqlarını qorumaq çətindir. 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi” imzalandı.

İmzalanma mərasimində şirkətlərlə bərabər, həmin xarici dövlətlərin nazirləri də iştirak edirdilər, onlar da imza atdılar. Sonradan “Əsrin müqaviləsi” parlamentə qanun kimi qəbul edilmək üçün təqdim edildi. Bir çox iqtisadçılar buna qarşı çıxırdılar. Bu saziş parlamentdə qanun kimi qəbul ediləndən sonra artıq bu saziş beynəlxalq sənəd və qanun kimi təsdiqləndi. Bunun əhəmiyyəti nə idi?

O dövrdə Xəzərdə mübahisələr davam edirdi. Sənədin beynəlxalq saziş və qanun kimi qəbulu bu baxımdan mühüm əhəmiyyət kəsb edirdi. Bu, ilk baxışda xırda addım kimi görünsə də, gələcəyə hesablanmış böyük bir addım idi. Digər tərəfdən, “Əsrin müqaviləsi” Azərbaycanda qanun və normativ aktlardan üstündür. Bu, beynəlxalq investorların əmin bir şəkildə Azərbaycana sərmayə yatırması üçün vacib idi”.

скачать dle 12.1

Şərhlər