SON DƏQİQƏ
» » Avtobuslarda kondisionerlər nə vaxt işə salınacaq? - VİDEO

Avtobuslarda kondisionerlər nə vaxt işə salınacaq? - VİDEO

Tarix:

18-05-2019, 08:20

/ 285 dəfə oxundu.
Avtobuslarda kondisionerlər nə vaxt işə salınacaq? - VİDEO

Hava şəraitinin son günlər istiləşməsi sərnişinlər üçün çətinlik yaradıb. Səbəb avtobuslarda kondisioner sisteminin işə salınmamasıdır.

Sərnişinlər sürücülərdən kondisionerləri qoşmağı tələb etsələr də, onların bu istəyi nəticəsiz qalır. Sürücülər şirkət tərəfindən onlara kondisioner sistemini qoşmamaqları ilə bağlı tapşırıq verildiyini bildiriblər.

Daşıyıcı şirkətlərlə əlaqədən sonra məlum oldu ki, bəzi şirkətlər öz avtobuslarında kondisioner sisteminin qoşulması ilə bağlı sürücülərə tapşırıq veriblər.

 

 

Bu arada, Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirdi ki, yay mövsümünün iyunun 15-də başlamasına baxmayaraq, daşıyıcı şirkətlərə avtobuslarda sərinləndirmə sisteminin işə salınması ilə bağlı göstəriş verilib.

"Bakı Bus" avtobuslarında isə artıq bu gündən kondisioner sistemi işə salınıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ