SON DƏQİQƏ
» » Bakıda 100-dən çox avtobusda pulsuz internet olacaq

Bakıda 100-dən çox avtobusda pulsuz internet olacaq

Tarix:

8-10-2018, 16:10

/ 10 325 dəfə oxundu.
Bakıda 100-dən çox avtobusda pulsuz internet olacaq

“Xaliq Faiqoğlu” MMC istismarında olan sərnişin avtobuslarında sərnişinlərin rahatlığının təmin edilməsi istiqamətində mütəmadi yenliklər tətbiq edir.
GunAz.az xəbər verir ki, şirkət 3 ədəd “İsuzu Citiport” markalı avtobuslarda yeni "Wi-Fi" cihazı quraşdırıb. 

Belə ki, bu 3 cihaz sınaq üçün quraşdırılıb və hazırda həmin avtobuslarda internetin sürəti test edilir. Sınaq müddəti uğurla başa çatdıqdan sonra 18, 61, 65 və 85 saylı marşrut xətlərində istismar edilən 100-ə yaxın avtobuslarda "Wi-Fi" cihazları quraşdırılacaq. 

Layihə yaxın zamanlarda yekunlaşacaq.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ