SON DƏQİQƏ
» » Oruc tutanların diqqətinə: mütəxəssislər xəbərdarlıq edir

Oruc tutanların diqqətinə: mütəxəssislər xəbərdarlıq edir

Tarix:

15-05-2019, 08:40

/ 328 dəfə oxundu.
Oruc tutanların diqqətinə: mütəxəssislər xəbərdarlıq edir

Ramazan ayında infarkt və iflic olma riski digər zamanlara nisbətən daha yüksəkdir.
Mütəxəssislər bunu ağır yeməklər və yuxu rejimin pozulması ilə əlaqələndirir.
Ramazan ayında ağır yeməklər ürək infarktı və iflic riskini artırır. Yuxusuzluq da bu riski dəstəkləyən faktorlardan ən əhəmiyyətlisidir. Yuxusuzluqdan əziyyət çəklənlərdə anidən damaların tıxanması və insult keçirmək ehtimalı 4 qat daha çoxdur.
Nevropatoloqlar bildirir ki, bu problemlərdən əziyyət çəkən xəstəyə ilk 6 saat ərzində anju əməliyyatı olunmalıdır. Bu yolla müalicə olunan 3 xəstədən 1-i əvvəlki həyatına geri qayıda bilir.
Bir insanın dodaqları və üzündə cizgilərin yerinin dəyişməsi, qolu və ya ayağını hiss etməməsi, nitqində problemin yaranması və görmə qabiliyyətində müvəqqəti məhdudiyyətin olması infarktdan xəbər verir. Ayağa qalxmağa çalışan insan bunu bacarmırsa, qollarını yuxarı qaldıra bilmirsə, fikirlərini doğru şəkildə çatdırmaqda çətinlik çəkirsə, iflic olma ehtimalı olduqca yüksəkdir.
Yaş, genetika, aliədə bəzi xüsusiyyətlərlə yanaşı, yüksək təzyiq, diabet və ürək-damar xəstəlikləri, xolestrol da infarkta səbəb ola bilər. Mütəxəssislər bu məqamda Ramazan ayında qidalanmaya diqqət çəkir. Xüsusilə, iftarda diqqətli qidalanmaq tövsiyə olunur. 17 saat aclıqdan sonra ağır yeməklərin yeyilməsi, onun ardınca isə siqaret çəkilməsi beyin qanamasına səbəb ola bilər.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ