SON DƏQİQƏ
» » Yoqurt infarkt və insultdan qoruyur – Alimlər sübut etdi

Yoqurt infarkt və insultdan qoruyur – Alimlər sübut etdi

Tarix:

25-03-2018, 10:28

/ 10 419 dəfə oxundu.
Yoqurt infarkt və insultdan qoruyur – Alimlər sübut etdi

Gunaz.az xəbər verir ki, Boston universitetinin alimlərinin son tədqiqatı göstərib ki, yüksək təzyiqi olanlar daha çox və tez-tez yoqurt yeməlidir. 

Tədqiqatçılar yaşı 35-55 arasında olan 55 min qadın və yaşı 40-75 yaş arasında olan 18 min kişinin yüksək təzyiq, ürək-damar və insult xəstəliklərinin baş verməsinə qədər qidalanmasını təhlil etmişlər.  
15 ilin statistikası və məlumatları araşdırılaraq bu illərdə insult, infarkt və baş –beyin xəstəlikləri keçirmiş insanların analizi aparılmışdır. Məlumatlar göstərdi ki, daha çox yoqurt qəbul edən insanlarda ağır ürək-beyin problemləri riski azalmışdır. Belə ki, həftədə 2-3 pay yoqurt yeyən qadınlarda insult-infarkt riski 17%, kişilərdə 21 % azalmışdır. 

O hipertoniklər ki, ciddi pəhrizə riayət edərək, gündə bir pay yoqurt yemişdilər, onlarda risk 30-35% az olmuşdu. 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ