SON DƏQİQƏ
» » Bakıda “Böyük Dəbilqə” turniri keçirilir - YENİLƏNİB

Bakıda “Böyük Dəbilqə” turniri keçirilir - YENİLƏNİB

Tarix:

10-05-2019, 14:19

/ 333 dəfə oxundu.
Bakıda “Böyük Dəbilqə” turniri keçirilir - YENİLƏNİB

Bakıda Heydər Əliyevin xatirəsinə həsr olunan “Böyük Dəbilqə” (Grand Slam) turnirinin ilk günündə yalnız iki idmançımız 1/4 finala vəsiqə qazanıb.

GunAz.az xəbər verir ki, 48 kq-da Aişə Qurbanlı, 57 kq-da monqolustanlı legionerimiz İçinxorlu Munxtsedev və həmin çəkidə rumıniyalı Aleksandra-Larisa Florian 1/8 finalda məğlub olub.

Həmçinin, 60 kq-da Əhməd Yusifov da 1/8 finalda qələbə qazana bilməyib.

Lakin 66 kq-da iki idmançımız birdən 1/4 finala vəsiqə qazanıb. Bunlar İbrahim Əliyev və medal ümidimiz Nicat Şıxəlizadədir. Hər iki idmançımız 1/8 finalda qələbə qazanıb.

İbrahim Əliyev və Nicat Şıxəlizadə 1/4 finalda müvafiq olaraq özbəkistanlı Muxriddin Tilovov və ukraynalı Boqdan Yadovla qarşılaşacaq.

12:18

Bakıda Heydər Əliyevin xatirəsinə həsr olunan “Böyük Dəbilqə” (Grand Slam) turnirində idmançılarımız artıq ilk görüşlərini keçirib.

Oxu.Az qadın və kişi millilərimizin nəticələrini təqdim edir.

Qadınlar

-48 kq. Ramilə Əliyeva ilk görüşdə uduzdu.

-48 kq. Aişə Qurbanlı ilk görüşdə qalib gəlib. O, 1/8 finalda fransalı Melani Klemanla qarşılaşacaq.

-48 kq. Şəfəq Həmidova ilk görüşdə uduzdu.

-48 kq. Leyla Əliyeva ilk görüşdə uduzdu.

-52 kq. Gülşən Nəzərova ilk görüşdə uduzdu.

-52 kq. Şəfəq Məmmədova ilk görüşdə uduzdu.

-52 kq. Gültac Məmmədəliyeva ilk görüşdə uduzdu.

-57 kq. İçinxorlu Munxtsedev ilk görüşdə qalib gəlib. O, 1/8 finalda yaponiyalı Tsukasa Yoshida ilə qarşılaşacaq.

-57 kq. Səkinə Zayirova ilk görüşdə uduzdu.

-57 kq. Aleksandra-Larisa Florian ilk görüşdə qalib gəldi. O, 1/8 finalda fransalı Elen Resevö ilə qarşılaşacaq.

Kişilər

-60 kq. Oruc Vəlizadə ilk görüşdə uduzdu.

-60 kq. Tofiq Məmmədov ilk görüşdə uduzdu.

-60 kq. Əhməd Yusifov qalib gəlib. O, 1/8 finalda ispaniyalı Fransisko Qariqosla qarşılaşacaq.

-60 kq. Orxan Səfərov ilk görüşdə uduzdu.

-66 kq. İbrahim Əliyev ilk görüşdə qalib gəldi. O, 1/8 finalda türkiyəli Sinan Sandalla mübarizə aparacaq.

-66 kq. İsmayıl İbrahimov ilk görüşdə uduzdu.

-66 kq. Nicat Şıxəlizadə ilk və ikinci görüşlərini qələbə ilə başa vurub. O, 1/8 finalda rusiyalı Yaqub Şamilovla qarşılaşacaq.

-66 kq. İlkin Babazadə ilk görüşdə uduzdu.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ