SON DƏQİQƏ
» »  Qonşuda əhali azalır, insanlar ölkədən qaçır

 Qonşuda əhali azalır, insanlar ölkədən qaçır

Tarix:

1-05-2019, 14:15

/ 186 dəfə oxundu.
 Qonşuda əhali azalır, insanlar ölkədən qaçır

Gürcüstan əhalisi 1 yanvar 2019-cu ilin məlumatına əsasən, 0,2% azalıb.

GunAz.az xəbər verir ki, bu məlumatı Gürcüstan Milli Statistika Xidməti yayıb. Məlumata görə, hazırda ölkə əhalisi 3723,5 milyon nəfər təşkil edir.

2018-ci il ərzində Gürcüstana 88152 nəfər gəlib, 98935 nəfər isə ölkədən emiqrasiya edib. Bununla da ölkədən emiqrasiya edənlərin sayı 15,8% artmış olub. Ölkəni tərk edənlərin 86,6%-ni 15-64 yaş arası şəxslər təşkil ediblər.

Statistika Xidməti həmçinin ölkə əhalisinin üçdə biri, daha dəqiq desək isə 1,2 milyon nəfərinin paytaxt Tiflisdə məskunlaşdığını bildirib. Əhali sayının çoxluğuna görə növbəti yerləri İmereti, Kvemo-Kartli və Acariya bölgələri tutub.

Keçən il ərzində ölkədə doğum səviyyəsi 4% azalıb. Doğulan uşaqların əksəriyyəti oğlandır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ