SON DƏQİQƏ
» » Zakir Qaralov özəl xəstəxanadakı ölüm hadisəsini nəzarətə götürdü

Zakir Qaralov özəl xəstəxanadakı ölüm hadisəsini nəzarətə götürdü

Tarix:

30-04-2019, 18:37

/ 208 dəfə oxundu.
Zakir Qaralov özəl xəstəxanadakı ölüm hadisəsini nəzarətə götürdü

Baş prokuror Zakir Qaralov Mingəçevir şəhərində özəl xəstəxanada baş vermiş ölüm hadisəsini nəzarətə götürüb.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, Mingəçevir şəhər sakini Məcnun Məmmədovun “Şəfa” özəl tibbi diaqnostik klinikasının və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin həkimlərinin səhlənkarlığı ucbatından vəfat etməsi barədə mərhumun qardaşı Əhməd Məmmədovun müraciəti Mingəçevir Şəhər Prokurorluğunda araşdırılır.

Azərbaycan Respublikasının Baş prokuroru araşdırmanın tam, hərtərəfli və obyektiv aparılmasının təmin edilməsi üçün diaqnostik klinikanın və publik hüquqi şəxsin həkimləri tərəfindən Məcnun Məmmədova düzgün diaqnoz qoyulub-qoyulmaması, aparılmış müayinələrin, habelə xəstəyə tibbi yardımın qoyulmuş diaqnoza uyğun aparılıb-aparılmamasının yüksək ixtisaslı mütəxəssislər cəlb edilməklə müəyyənləşdirilməsi məqsədilə Səhiyyə nazirinə müraciət edib. 

Xatırladaq ki, “Şəfa” klinikasında müalicə alan 1960-cı il təvəllüdlü Məcnun Məmmədov orada ölüb. Mərhumun qardaşı Əhməd Məmmədov şəhər Prokurorluğuna şikayət edərək qardaşının həkimlərin səhlənkarlığı nəticəsində öldüyünü bildirib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ