SON DƏQİQƏ

İstirahət günü hava necə olacaq?

Tarix:

27-04-2019, 13:51

/ 10 164 dəfə oxundu.
İstirahət günü hava necə olacaq?

Sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında havanın az buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir.

Cənub küləyi arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 11-14, gündüz 17-21, Bakıda gecə 12-14, gündüz 19-21 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-50 faiz olacaq.

Azərbaycanın rayonlarına gəlincə, havanın əksər rayonlarda yağmursuz keçəcəyi, axşam bəzi dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 7-12, gündüz 21-26 dərəcə isti, dağlarda gecə 2-7, gündüz 9-14 dərəcə isti təşkil edəcək.

скачать dle 12.1

Şərhlər