SON DƏQİQƏ

Bakıda 18 dərəcə isti olacaq

Tarix:

10-04-2019, 14:30

/ 10 227 dəfə oxundu.
Bakıda 18 dərəcə isti olacaq

Sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir.

Bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında  gecə 9-11, gündüz 15-18, Bakıda gecə 9-11, gündüz 16-18 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi norma daxilində 759 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz olacaq.

Azərbaycanın rayonlarına gəlincə, hava əksər rayonlarda, əsasən, yağmursuz keçəcək, lakin axşama doğru bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı olacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 6-11, gündüz 18-23, dağlarda gecə 2-6, gündüz 6-10 dərəcə isti təşkil edəcək.

скачать dle 12.1

Şərhlər