SON DƏQİQƏ

"Formula-1"-in ikinci günü: nələr olacaq?

Tarix:

27-04-2019, 11:32

/ 10 238 dəfə oxundu.
"Formula-1"-in ikinci günü: nələr olacaq?

Bu gün Bakıda baş tutan Formula-1 Azərbaycan Qran Prisinin ikinci yarış gününə start verilib.

GunAz.az xəbər verir ki, bu günün proqramında Formula-2 bolidlərinin paradı və F2 pilotlarının birinci yarışı olacaq.

Həmçinin Bakı trekində Formula-1 bolidlərinin üçüncü sərbəst yürüşü və sıralama turu keçiriləcək. “Alfa Romeo” və “Mersedes” komandalarının pilotlarının avtoqraf sessiyası olacaq.

Azarkeş zonasının qapıları səhər saat 10:00-da açılıb.

Bu gün yarışdan sonra konsert baş tutacaq. Cristal Holun qapıları 18:30-da açılacaq.

DJ Mendoza 19:30, Rilaya konserti 20:20, Jessie J konserti isə saat 21:00-da baş tutacaq.

Ümumilikdə şəhər trasında hər biri iki pilotla təmsil olunan 10 komanda yarışacaq. Bakıda yarışa qatılan sürətsevərlər arasında Lyuis Hemilton, Fernando Alonso, Sebastyan Fettel, Valtteri Bottas, Kimi Raikkonen, Maks Ferstappen kimi tanınmış pilotlar var.

Qeyd edək ki, Bakıda 4-cü dəfə keçirilən Formula-1 yarışları aprelin 28-dək davam edəcək.

скачать dle 12.1

Şərhlər