SON DƏQİQƏ
» » Azərbaycanlı gənclər qeyri-adi avtomobil hazırladı - VİDEO

Azərbaycanlı gənclər qeyri-adi avtomobil hazırladı - VİDEO

Tarix:

26-04-2019, 20:23

/ 10 452 dəfə oxundu.
Azərbaycanlı gənclər qeyri-adi avtomobil hazırladı - VİDEO

Dünyada cəmi bir ədədi istehsal olunan və qiyməti 1 milyon dollardan baha olan avtomobilin eynisini Bakıda Azərbaycanlı gənclər düzəltdilər.

Belə bir ideya ilə Ədil Hüseynov,Qafar Ədilov və Elvin Çərkəzov çıxış ediblər. Qafar Ədilovun sözlərinə görə,bu avtomobil adi bir minik avtomobilinin bazasında yığılıb.Həmin avtomobilin döşəmə hissəsi saxlanılması şərti ilə, bütün dəmir konstruksiyaları sökülərək üzərinə yeni dizayn verilib.

Onlar maşının üzərində 6 ay çalışıblar.Avtomobilin tam ərsəyə gəlməsi üçün salonunda müəyyən işlər görüləcək və avtomobi rənglənəcək.Bu avtomobilin digərlərindən fərqi həm də onun dözümlülüyündədir.

Qeyd edək ki,artıq avtomobil 150 min manata satılıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ