SON DƏQİQƏ

Terrorizmi LƏNƏTLƏYİRİK

Tarix:

26-04-2019, 14:52

/ 10 400 dəfə oxundu.
Terrorizmi LƏNƏTLƏYİRİK

Şamil Sabiroğlu: ”Biz, 2009-cu ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində baş vermiş terror hadisəsinin təşkilatçılarını lənətləyirik!”

Azərbaycanın ali təhsil ocaqları arasında  Dövlət Neft və Sənaye Universitenin öz yeri, öz nüfuz dairəsi var. Təəssüflər olsun, çoxları bilmir ki, bu təhsil ocağının əsası 1888-ci ildə qoyulub. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti bir elm məbədidir. Bu təhsil ocağını bitirən məzunların arasında müxtəlif dövlətlərin başçıları, nazirlər, komitə sədrləri var. Dünya şöhrətli siyasətçi, Azərbaycanın sabiq dövlət başçısı Heydər Əliyev, Azərbaycanın sabiq Baş Naziri Artur Rəsi-zadə, Milli Məclisin sədri Oktay Əsədov, Rusiyanın məşhur milyarderi,”Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərov, Sabiq Energetika Naziri, mərhum Natiq Əliyev, Azərbaycan Dövlət Neft Şirkətinin sabiq vitse-prezidenti, el ağsaqqalı Xoşbəxt Yusifzadə və digər tanınmış şəxslər bu ali təhsil ocağının yetirmələridir. Onların arasında Azərbaycan  Milli Elmlər Akademiyasının müxbir üzvü,”Şöhrət” oredenli alim Kərim Kərimovun da adı var. O, 1957-ci ildə bu təhsil ocağını bitirib. Kərim müəllim, 550-dən artıq çap olunmuş elmi əsərin, o cümlədən, 18 monoqrafiya, 28 ixtira və 135-dən artıq müxtəlif atlas və xəritələrin müəllifidir. Kərim müəllim həm də karikaturaçı-rəssam kimi fəaliyyət göstərir. Onun əsərləri arasında terrorizm mövzusu üstünlük təşkil edir.

Aprelin 24-də Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və “ Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin birgə təşkilatçılığı ilə bu təhsil ocağında tədbir keçirildi.Tədbiri Universitetin Tərbiyə İşləri üzrə prorektoru Ata Babayev açdı. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı şəhid olmuş soydaşlarımızın xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Ata müəllim Azərbaycan Dövlət Neft və Sənaye Universiteninin rektoru, professor Mustafa Babanlının salamlarını və ən xoş arzularını qonaqların və tədbir iştirakçılarının nəzərinə  çatdırdı.  “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri, “Tərəqqi“ medalının mükafatçısı, müharibə veteranı Şamil Sabiroğlu Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzündən, 1992-ci fevralın 26-da baş vermiş Xocalı soyqırımından danışdı. Natiq qeyd etdi ki, əslində soyqırıma ermənilər yox, türklər, o cümlədən, biz, yəni, Oğuz türkləri məruz qalmışıq. Bir əsrdə 3 dəfə yandırılan, yerlə-yeksən edilən Xocalı şəhəri dediklərimə əyani sübutdur. Ş.Sabiroğlu 10 il öncə  Azərbaycan Dövlət Neft və Sənaye Universitetində baş vermiş terror hadisəsindən də danışdı. O, terrorizmi törədənləri lənətlədi.İnsanları ayıq-sayıq olmağa,  dövlətçilik ənənələrini, milli adət-ənənələri qorumağa səslədi. Şamil müəllim birgə tədbir keçirilməsinə razılıq verdikləri üçün Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Rektoru, Prof. Mustafa Babanlıya xüsusi təşəkkürünü bildirdi.O,  Azərbaycan Ordusunun bölgədə artan nüfuzundan danışdı. Qeyd etdi ki, 2016 -ci ilin aprel savaşı zamanı Ordumuzun şəxsi heyətinin göstərdiyi şücaət Ermənistan Silahlı Qüvvələrinə dərs oldu. Hesab edirəm ki, Ali Baş Komandan İlham Əliyev tapşırıq versə, biz tezliklə və hərb yolu ilə işğal edilən torpaqları düşmən tapdağından azad edə biləcəyik.

Daha sonra söz AMEA-nın müxbir üzvü,geologiya- mineralogiya elmləri doktoru,Prof., “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin üzvü Kərim Məmmədxan oğlu Kərimova verildi. Kərim müəllim hələ Qərbi Azərbaycanda yaşadığı illərdə erməni terrorçularının soydaşlarımıza qarşı törətdikləri vəhşilikləri qeyd etdi. O, bildirdi ki, 2 əmisi və digər doğmaları erməni terrorunun qurbanı olub. Kərim müəllim Azərbacanın Dövlət başçısı İlham Əliyevin apardığı daxili və xarici siyasətini bəyəndiyini bəyan etdi. K.Kərimov dedi:

- Azərbaycan vətəndaşı və alim olaraq ölkəmizin günü-gündən artan uğurlarını görüb qürur duyuram. Hesab edirəm ki, yerli əhali, xüsusən gənclər arasında milli vətənpərvərlik ruhunda keçirilən tədbirlər çoxluq təşkil etməli, respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərində şəhid olmuş insanlar, yaralanmış soydaşlarımız haqqında silsilə verilişlər hazırlanmalıdır.

”Respublika” qəzetinin müxbiri, ”Həkəri” qəzetinin baş redaktoru, şair-publisist Rauf İlyasoğlu belə bir tədbiri təşkil edən insanlara öz təşəkkürünü bildirdi. Sabiq neftçi Məhəmməd Məhəmmədov və başqaları erməni terrorizminin doğurduğu fəsadlardan danışdılar, Kərim Kərimov kimi alimlə qürur duyduqlarını bildirdilər.

Tədbir   karikaturaçı-rəssam Kərim Kərimovun  hazırladığı “Rədd olsun Terrorizm!” adlı sərgiyə baxışla davam etdirildi.

  Vüsalə Zeynalova,

  Şamilə Şamil qızı,

“ Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin  üzvləri,

“Ana harayı”qəzetinin əməkdaşları.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ