SON DƏQİQƏ
» » Dönərxanadakı iyrənc görüntüyə görə araşdırma başladı

Dönərxanadakı iyrənc görüntüyə görə araşdırma başladı

Tarix:

22-04-2019, 14:52

/ 10 235 dəfə oxundu.
Dönərxanadakı iyrənc görüntüyə görə araşdırma başladı

Bakının Nərimanov parkında fəaliyyət göstərən dönərxanada sanitar və gigiyenik qaydalara əməl olunmaması ilə əlaqədar AQTA tərəfindən araşdırma başlayıb.

Bu sözləri GunAz.az-a qurumun mətbuat katibi Aysel Fərziyeva mediada sözügedən dönərxanada aparatdan asılan əti pişiyin yeməsiylə bağlı yayılan fotoya münasibət bildirərkən deyib. O, məlumatın mediadan götürüldüyünü və araşdırılması üçün aidiyyəti üzrə yönləndirildiyini qeyd edib.

Qurum araşdırmanın nəticələriylə bağlı ictimaiyyətə məlumat veriləcəyini bildirib.

Qeyd edək ki, Unikal.org saytı paytaxtın Nərimanov parkında yerləşən dönərxanada pişiyin əti yeməsini əks etdirən fotolar paylaşıb.

скачать dle 12.1

Şərhlər