SON DƏQİQƏ
» » Nərimanov parkında “revolver”lə saxlanıldı

Nərimanov parkında “revolver”lə saxlanıldı

Tarix:

9-03-2019, 11:40

/ 10 524 dəfə oxundu.
Nərimanov parkında “revolver”lə saxlanıldı

Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis Şöbəsi əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə əməliyyat həyata keçirilib. 

GunAz.az xəbər verir ki, şöbə əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində əvvəllər məhkum olunmuş paytaxt sakini Azər Cəfərzadə Təbriz küçəsində yerləşən parkın ərazisində polislər tərəfindən şübhəli şəxs qismində saxlanılıb.

Şöbədə onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd “Revolver” tipli tapança və ona aid 2 ədəd patron aşkar olunaraq maddi sübut kimi götürülüb. Saxlanılan şəxs silah-sursatı bir müddət əvvəl qəbiristanlıqdan tapdığını və həmin gündən bəri polisə könüllü təhvil verməyərək üzərində daşıdığını bildirib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət İşi başlanılıb. A.Cəfərzadə barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

N.SAFURA

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ