SON DƏQİQƏ

Tariximizin açılmayan səhifələrindən

Tarix:

17-04-2019, 21:08

/ 10 221 dəfə oxundu.
Tariximizin açılmayan səhifələrindən

 

Xalq Qəhrəmanı Aslan bəy Sultanovun nəvəsi tədqiqatçı hüquqşünas Faiq Abdullayevlə bu günki görüşümüž olduqca maraqlı olmusdur 
Professor, Rusiya Elmlər Akademiyasının akademiki Ziyadxan Nəbibəylinin Azərbaycan Dövlət Arxivində 166 nömrəli şəxsi fondu yaradılmişdır. Maraqlananlar karifey alimimizin elmi fəaliyyəti ilə tanış ola bilərlər . 
Zəngəzur və Qarabag tarixinin indiyə qədər açılmayan səhifələrini, arxiv sənədlərinə istinadən araşdırıb xalqımiza çatdiran tədqiqatçı hüquqşünas Faiq Abdullayevlə birlikdə çay süfrəsi ətrafında olan tarixi ,elmi sohbətimiz hər birimizdə xoş ovqat yaratdı 
Onu da qeyd edək ki Faiq Qulam oglu Abdullayevin babası Aslan bəy Sultanov 1920-1922 ci illərdə Zəngəzurun və Qarabagın Fövqəladə Kommissari olmuşdur . 
Xalq Qəhrəmani olan Aslan bəy Sultanov Zəngəzura basqın etmiş neçə - neçə daşnaq generallarını , o cumlədən, İran xanı olmuş Heydər Qulu xanı , Ariyat xani və başqalarını şəxsən məhf etmis vətənimizin qeyrətli odullarindan olmuşdur 
Aslan bəy Sultanov Zəngəzur qəzasının Qubadlı elinin Hacılı kəndində Abdulla bəyin oglu Kəlbəlayı Hüseyn bəyin ocagında dünyaya gəlmişdir . 
Onu da qeyd edək ki Aslan bəy Sultanov Daşnaq hökumətinin başçısi general Nijdenin baş komandanı , Gorusun komendantı general Sumbatı alninin ortasından sərrast atəşiylə vuraraq məhf etmişdir . 
Andronikin sag əli olan general Manukyanı aglagəlməz dərəcədə uzaq məsafədən sərrast atəşlə gözündən vuraraq gəbərtmişdir . Manukyanın ölumunə görə ermənilər üç gün yas saxlamışlar .O vaxtlar Aslan bəyin başı üçün ermənilər tərəfindən külli miqdarda pul ayrilmışdir . 

Tariximizin açılmayan səhifələrindənRauf İlyasoglu

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ