SON DƏQİQƏ
» » "KEYFİYYƏTLİ YENİ NƏSİL ƏN BÖYÜK SƏRVƏTDİR!"

"KEYFİYYƏTLİ YENİ NƏSİL ƏN BÖYÜK SƏRVƏTDİR!"

Tarix:

16-04-2019, 10:02

/ 10 230 dəfə oxundu.
"KEYFİYYƏTLİ YENİ NƏSİL ƏN BÖYÜK SƏRVƏTDİR!"

 Yaponlar uşaqların 5 yaşa qədər şah kimi, kral kimi sərbəst olmalarını vacib sayır. Amma bu sərbəstlik bizdə çoxlarının düşündüyü özbaşınalıq deyil. Bu sərbəstlik olduqca məzmunlu bir sərbəstlikdir. Uşağı döymədən, söymədən, heç nədən qorxutmadan tərbiyə etmək sərbəstliyi! 
Yaponlar uşaqların ən körpə vaxtlarından inkişafının zəruriliyini düşünürlər. Körpənin 1 yaşı olanda artıq özünə inam hissi olmalıdır. 2 yaş olanda uşaqda əl işlərinə, bu sahədəki yaradıcılığa ciddi marağı, həvəs olmalıdır. 3 yaşlı uşaq artıq öz vəzifələrini başa düşməli, onları yerinə yetirməlidir. 4 yaşlı uşaq artıq xeyir və şərin fərqini başa düşməli, nəyin yaxşı, nəyin pis olduğunu ayırd etməlidir. Uşağın 5 yaşı olanda onda lider keyfiyyətləri formalaşmalıdır. O artıq sərbəst olaraq düşünməyi, düşdüyü çətinlikdən çıxmaq üçün yollar axtarmağı, bu yolda irəliləməyi bacarmalıdır.

Əhməd Qəşəmoğlu

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ