SON DƏQİQƏ
» » Bakı metrosunda qatarların gecikmə səbəbi açıqlandı

Bakı metrosunda qatarların gecikmə səbəbi açıqlandı

Tarix:

13-04-2019, 12:42

/ 10 231 dəfə oxundu.
Bakı metrosunda qatarların gecikmə səbəbi açıqlandı

Bakı metrosunda qatarların gecikməsinə əsas səbəb sərnişinlərin qapıları saxlamasıdır.

Bu sözləri GunAz.az-a “Bakı Metropoliteni”nin Depolar üzrə departament rəisi Faiq Əhmədov deyib. 

Onun sözlərinə görə, qapılar tutulan zaman qapı silindirləri xarab olur:

“Qatarların depoya təmirə yollanmasının əsas səbəbi sərnişinlərin stansiyalarda qatarların qapılarını tutub saxlaması olur. Qapı silindirləri 2,8-3,2 atmosferə hesablanıb. İçərisində sıxlandırılmış rezinlər var. Onu saxlayanda yuxarı hissədə asqı dağılır. Yeni qatarlarda isə artıq sıxılmalara qarşı ötürücü var və sərnişinlər qapı arasında dayanıbsa ötürücü bunu görür və qapı avtomatik yenidən açılıb bağlanır”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ