SON DƏQİQƏ
» » Rövşən Rzayev: Yataqxanada baş verən yanğın qəsdən törədilib

Rövşən Rzayev: Yataqxanada baş verən yanğın qəsdən törədilib

Tarix:

10-04-2019, 14:28

/ 10 216 dəfə oxundu.
Rövşən Rzayev: Yataqxanada baş verən yanğın qəsdən törədilib

Nərimanov rayonunda məcburi köçkünlərin məskunlaşdığı yataqxanadakı yanğın qəsdən törədilib. 

GunAz.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev bildirib.

Onun sözlərinə görə, hadisə ilə bağlı cinayət işi açılıb:

“Müvafiq ekspertizalar təyin edilib. Yataqxananın qəsdən yandırılmasına dair ekspertizanın rəyi də var”.

Qeyd edək ki, martın 6-da Nərimanov rayonu, Malik Məmmədov 12 ünvanında yerləşən yataqxanada yanğın baş verib. Yanğın zamanı ər və arvad olmaqla, iki nəfər həyatını itirib.

Yeni Azərbaycan Partiyası İcra katibi-sədr müavini Əli Əhmədov jurnalistlərə açıqlamasında bildirib ki, yanğının qəsdən törədilməsi ehtimalı var. 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ