SON DƏQİQƏ
» » “Azəriqaz”dan əhaliyə xəbərdarlıq - Sizi aldadırlar!

“Azəriqaz”dan əhaliyə xəbərdarlıq - Sizi aldadırlar!

Tarix:

9-04-2019, 16:45

/ 10 166 dəfə oxundu.
“Azəriqaz”dan əhaliyə xəbərdarlıq - Sizi aldadırlar!

Son günlər Bakı şəhərinin müxtəlif ünvanlarında, əsasən, Yasamal rayonunda özünü “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşı kimi təqdim edərək, insanları aldadan şəxslər peyda olub.

Bu barədə “Azəriqaz” İB məlumat yayıb.

Qurumdan verilən xəbərə görə, bu şəxs və ya şəxslər mənzillərdə quraşdırılmış “smart-kart” tipli qaz sayğaclarının üzərinə vurulmuş xüsusi nömrəli plombun yenilənməsi, batareyasının dəyişdirilməsi və ya “smart-kart”ların “vaxtının keçməsi” kimi məsələləri bildirərək, həmin “problemlərin” aradan qaldırılması üçün vətəndaşlardan müəyyən miqdarda pul tələb edirlər.

Onlar inandırıcı olması üçün qeyri-qanuni akt tərtib edərək abonentlərə təqdim edirlər. 

“Azəriqaz” istehlakçıların nəzərinə çatdırır ki, qurumun işçiləri mənzillərdə yerləşən qaz sayğaclarına profilaktik baxış və xidmət göstərəcəyi zaman İB-nin əməkdaşı olduğunu təsdiq edən xidməti vəsiqə tələb edilməlidir:

“Yerlərdə göstərilən bütün xidmətlər ödənişsizdir və tərtib edilən xüsusi nömrəli aktlar sarı, qırmızı və göy rəngdə olmaqla üç nüsxədən ibarət tərtib olunur, qırmızı rəngli akt abonentə təqdim edilir”. 

“Azəriqaz” sadalanan qeyri-qanuni hallarla rastlaşan vətəndaşları yaşadıqları ərazi üzrə müvafiq polis bölməsinə müraciət etməyə çağırır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ