SON DƏQİQƏ

“Bu yaz özün bir təbiət yarat!”

Tarix:

3-04-2019, 08:06

/ 10 236 dəfə oxundu.
“Bu yaz özün bir təbiət yarat!”

GunAz.az xəbər verir ki, “Bu yaz özün bir təbiət yarat!” devizi altında Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən başladılan yaz ağacəkmə kampaniyası çərçivəsində Bakı şəhərində yaşıllıqların artırılması, onun estetik görünüşünün daha da gözəlləşdirilməsi, qurumuş və təhlükə yaradan ağacların yenisi ilə əvəzlənməsi aksiyası keçirilir.

Bakı şəhər İcra Hakimiyyəti ilə birgə keçirilən  aksiya zamanı Səbail, Nəsimi və Yasamal rayonlarının Şeyx Şamil, Səid Rüstəmov, İstiqlaliyyət, Əhməd Cavad, Lermontov, Zərifə Əliyeva və Murtuza Muxtarov küçələrində  qurumuş və təhlükə yaradan ağacların yerinə xan çinarı, şam, sərv ağacları əkilib.

ETSN vətəndaşlardan xahiş edir ki, qurumuş və təhlükə yaradan ağaclarla bağlı Nazirliyin 168 nömrəli “Qaynar xətt” inə məlumat versinlər.

“Bu yaz özün bir təbiət yarat!”

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ