SON DƏQİQƏ
» » Novruz bayramında nə qədər şəhid ailəsinə ödəniş edilib? - Nazir açıqladı

Novruz bayramında nə qədər şəhid ailəsinə ödəniş edilib? - Nazir açıqladı

Tarix:

28-03-2019, 18:35

/ 10 197 dəfə oxundu.
Novruz bayramında nə qədər şəhid ailəsinə ödəniş edilib? - Nazir açıqladı

Bu günə qədər 7800-dən artıq şəhid vərəsəsinə 11 min manatlıq birdəfəlik vəsaitlər ödənib.

GunAz.az-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Novruz bayramı ərəfəsində 1200 şəhidin 1900 vərəsəsinə ödənişlər həyata keçirilib:

“2019-cu ilin sonunadək ödənişlər tam yekunlaşdırılacaq”.

“Polis şəhidlərin vərəsələrinin siyahısı Daxili İşlər Nazirliyi tərəfindən hazırlanaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilib. Onlar da artıq elektron sistem üzərindən müraciət edərək vəsaitlərini ala bilərlər. Onların sayı da təxminən 400 nəfər civarındadır”, - deyə nazir qeyd edib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ