SON DƏQİQƏ
» » Şəhid ailələrinə birdəfəlik ödəmə veriləcək

Şəhid ailələrinə birdəfəlik ödəmə veriləcək

Tarix:

11-03-2019, 19:10

/ 10 295 dəfə oxundu.
Şəhid ailələrinə birdəfəlik ödəmə veriləcək

Novruz bayramına qədər 1200 şəhidin 1928 vərəsəsinə birdəfəlik ödəmənin verilməsi təmin ediləcək. 

Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, qərar nazirlikdə fəaliyyət göstərən komissiyanın növbəti iclasında qəbul edilib. 

Məlumatlara görə, prezident İlham Əliyevin 2019-cu il 28 yanvar tarixli Fərmanı ilə birdəfəlik ödəmə verilən şəhid vərəsələrinin əhatə dairəsinə vərəsələri 11 min manatdan az sığorta ödənişi almış şəhid hərbi qulluqçuların və şəhid polislərin vərəsələri də daxil edilib. Beləliklə, vərəsələrinə birdəfəlik ödəmə verilməsi nəzərdə tutulan şəhidlərin sayı 12268-ə çatıb.

Qeyd edək ki, indiyədək 5491 şəhidin 7894 vərəsəsinə birdəfəlik ödəmənin verilməsi barədə qərar qəbul olunub.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ