SON DƏQİQƏ
» » Millət vəkili: Cəmi 150 manata mallarını sığorta etdirə bilərdilər

Millət vəkili: Cəmi 150 manata mallarını sığorta etdirə bilərdilər

Tarix:

28-03-2019, 18:32

/ 10 236 dəfə oxundu.
Millət vəkili: Cəmi 150 manata mallarını sığorta etdirə bilərdilər

Yanğın nəticəsində sahibkarlara dəyən ziyanın dövlət tərəfindən ödənməsi üçün verilən tapşırıq və bununla bağlı xüsusi müşavirənin keçirilməsi dövlət başçısı İlham Əliyevin müstəsna sosial siyasətinin və sahibkarlara dəstəyinin bariz formasıdır. Dünyada heç bir ölkədə bu cür hadisələrdə dəyən ziyan dövlət tərəfindən ödənilmir.

Bunu GunAz.az-a açıqlamasında deputat Tahir Mirkişili deyib.

O bildirib ki, bu hadisədən dərs götürüləsi məsələlər çoxdur.

 

“Təbii ki, təhlükəsizlik məsələlərinə diqqət daha da gücləndirilməlidir. Amma məsələnin əsas iqtisadi tərəfi sahibkarların öz mallarını sığorta etdirməmələridir. Təqribi hesablamalara görə, malların illik sığorta haqqı dəyərin 0.3%-i həcmindədir.

Yəni bir mağazada 50 min manatlıq mal qalığı varsa, onun illik sığorta haqqı 150 manatdır. 150 manat ödəməklə sahibkar bu cür yanğın hallarında yanan malın tam dəyərini əldə edə bilər. Ciddi iqtisadi maariflənməyə ehtiyac var”, - deyə millət vəkili əlavə edib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ