SON DƏQİQƏ
» » “Diqlas” yanğınına görə sabah növbəti görüş olacaq

“Diqlas” yanğınına görə sabah növbəti görüş olacaq

Tarix:

27-03-2019, 20:02

/ 10 237 dəfə oxundu.
“Diqlas” yanğınına görə sabah növbəti görüş olacaq

"Diqlas" Ticarət Mərkəzində baş verən güclü yanğın nəticəsində zərərçəkən icarədarlarla növbəti görüş sabah keçiriləcək.

GunAz.az-ın əldə etdiyi məlumata görə, artıq "Diqlas"ın sahibkarları ilə müəyyən danışıqlar aparılıb.

Bugünkü görüşlərdən sonra formatın daha da genişləndirilməsinə qərar verilib. Belə ki, növbəti görüşə dövlətin daha yuxarı instansiyalarının təmsilçiləri də qatılacaq.

 Bu görüşdə aparılan müzakirələr nəticəsində gəlinən qənaətlərlə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.

Qeyd edək ki, bu gün Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov və "Diqlas"ın administratoru Araz Rəhimov zərərçəkənlərlə görüşüb, onlar öz mövqelərini açıqlayıblar. İcarədarlara bildirilmişdi ki, müzakirələr davam etdiriləcək və ümumi qənaətə gəlinəcək.

İcra başçısı xüsusi olaraq vurğulamışdı ki, dövlət yanğından zərərçəkən icarədarların hüquqlarının pozulmasına imkan verməyəcək, onların yanında olacaq.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ