SON DƏQİQƏ
» » Deputat yanğından danışdı: Bu artıq neçənci belə hadisədir

Deputat yanğından danışdı: Bu artıq neçənci belə hadisədir

Tarix:

26-03-2019, 18:50

/ 10 281 dəfə oxundu.
Deputat yanğından danışdı: Bu artıq neçənci belə hadisədir

Bakının Nizami rayonu, Qara Qarayev prospektinin 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” ticarət mərkəzində baş verən yanğın hadisəsi hər birimizi dərindən üzdü, ciddi şəkildə narahat etdi.

Bu, artıq neçənci yanğın hadisəsidir ki, yaşanır. Bundan əvvəl bir çox tanınmış və məşhur ticarət mərkəzlərində, o cümlədən, “Binə”də, “Sədərək”də bu cür üzücü və narahatedici yanğın hadisələri yaşanmış, iş adamlarına, sahibkarlara, həmin ticarət obyektlərində işləyib, çalışıb ailələrinə çörək pulu aparan insanlara böyük maddi ziyan dəymişdi.

Çox təəssüf ki, bu dəfə də belə oldu, yenə xeyli sayda iş adamı, sahibkar, sadə, sıravi ticarət əməkdaşları ciddi maddi ziyanla üzləşdilər. Sevindirici və təsəlliverici hal isə odur ki, bu hadisələrdə, eləcə də, bugünkü dəhşətli yanğında insan itkisi yaşanmadı.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ