SON DƏQİQƏ
» » Bakı-Gəncə qatarlarında gediş haqqı iki dəfə azaldıldı

Bakı-Gəncə qatarlarında gediş haqqı iki dəfə azaldıldı

Tarix:

16-03-2019, 12:58

/ 10 244 dəfə oxundu.
Bakı-Gəncə qatarlarında gediş haqqı iki dəfə azaldıldı

Bakı-Gəncə-Bakı qatarlarında biznes yerlərdə gediş haqqı 50 faiz endirilib.

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.

Endirim kampaniyası martın 17-dən 31-dək olan tarixi əhatə edəcək. Belə ki, qatarın biznes yerlərinə Bakı-Gəncə-Bakı istiqamətində gediş haqqı 50 manat yox, 25 manat olub. 

Standart və Birinci klass yerlərə gediş haqqı dəyişilmədən saxlanılıb.

Bundan başqa, Novruz bayramı günlərində Bakı-Gəncə-Bakı istiqamətində sərnişinlərin daşınmasına artan tələbatı təmin etmək məqsədi ilə Bakıdan martın 20-də bir reysə əlavə 704 nömrəli Bakı-Gəncə sürətli sərnişin qatarı bir istiqamətə təyin edilib.

Qatar Bakıdan saat 09:45-də yola düşəcək, Gəncəyə 14:00-da çatacaq. 

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ