SON DƏQİQƏ
» » “Android” cihazlarında növbəti kütləvi virus yayılıb - Ehtiyatlı olun!

“Android” cihazlarında növbəti kütləvi virus yayılıb - Ehtiyatlı olun!

Tarix:

16-03-2019, 08:09

/ 10 258 dəfə oxundu.
“Android” cihazlarında növbəti kütləvi virus yayılıb - Ehtiyatlı olun!

Hakerlər rəsmi “Google Play” mağazasında “Android” əməliyyat sistemi üçün 206 mobil əlavəyə zərərli kod quraşdırıblar. Yoluxmuş proqramların ümumi yüklənmə sayı isə 150 milyona çatıb.

“Qafqazinfo” “ICTnews”a istinadən xəbər verir ki, “SimBad” adlı zərərli kampaniya “Check Point” şirkətinin əməkdaşları tərəfindən aşkarlanıb.

Təhlükəli kod fişinq, istifadəçiyə reklamın göstərilməsi və onun məlumatlarının toplanması kimi bir neçə məqsəd güdür.

Məlumata görə, əksər yoluxmuş proqramlar daim fon rejimində reklam göstərən, eləcə də brauzer açan (hakerlərin göstərdiyi istinadlara keçməklə) oyun simulyatorları olub.

Bundan başqa, zərərli proqram təminatı saxta fişinq səhifələri yarada bilir. Ləğv olunmamaq üçün yüklənilən əlavələrin nişanları qurbanın qurğusunda gizlədilir.

Həmin proqramların adları açıqlanmasa da, “Google Play” mağazasından silindiyi bildirilir.

скачать dle 12.1

Şərhlər