SON DƏQİQƏ
» » XƏBƏRDARLIQ: Yüksək dağlıq ərazilərdə qar uçqunu ehtimalı var

XƏBƏRDARLIQ: Yüksək dağlıq ərazilərdə qar uçqunu ehtimalı var

Tarix:

9-03-2019, 13:29

/ 10 220 dəfə oxundu.
XƏBƏRDARLIQ: Yüksək dağlıq ərazilərdə qar uçqunu ehtimalı var

Ekologiya və Təbii Sərvətlər Nazirliyi qar uçqunu ilə bağlı xəbərdarlıq edib.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən GunAz.az-a verilən məlumata görə, martın 10-dan 13-dək cənub-qərb küləyinin arabir güclənməsi, temperaturun yüksəlməsi ilə əlaqədar yüksək dağlıq ərazilərdə qar uçqunu ehtimalı var.

Qeyd edək ki, sabah rayonlarda havanın temperaturu gecə 1-6° isti, gündüz 14-19° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-11° isti təşkil edəcək.

скачать dle 12.1

Şərhlər