SON DƏQİQƏ

Bu günün HAVA PROQNOZU - Bahar havası olacaq

Tarix:

9-03-2019, 10:27

/ 10 238 dəfə oxundu.
Bu günün HAVA PROQNOZU - Bahar havası olacaq

Bu gün ölkə ərazisində gözlənilən hava şəraiti mülayim və yağmursuz proqnozlaşdırılıb.

Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən 

GunAz.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 2-5° isti, gündüz 9-13° isti, Bakıda gecə 3-5° isti, gündüz 11-13° isti təşkil edəcək.

İstirahət günlərini paytaxtdan kənarda keçirmək istəyənlər üçün da hava şəraiti əlverişli olacaq. Belə ki, Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi gündüz əsasən dağlıq rayonlarda arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5° isti, gündüz 12-17° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 4-9° isti təşkil edəcək.

скачать dle 12.1

Şərhlər