SON DƏQİQƏ
» » Qadınlarla bağlı statistika - Sürücü qadınların sayı artıb

Qadınlarla bağlı statistika - Sürücü qadınların sayı artıb

Tarix:

7-03-2019, 13:16

/ 10 267 dəfə oxundu.
Qadınlarla bağlı statistika - Sürücü qadınların sayı artıb

2019-cu ilin yanvar ayının əvvəlinə ölkə əhalisinin ümumi sayının 50,1 faizini və ya 4 milyon 999,1 min nəfərini qadınlar təşkil edib.

Dövlət Statistika Komitəsindən GunAz.az-a verilən məlumata görə, ötən il doğulmuş 139,0 min körpənin 46,6 faizini qız uşaqları olub. Qadınların 53,4 faizi nəsilvermə qabiliyyətinə malikdir.

Hazırda ölkədə 17 doğum evi, 130 qadın məsləhətxanası, 248 uşaq poliklinikası və ambulatoriyası qadınların sağlamlığının keşiyində durur. Azərbaycan qadınları ölkənin sosial-iqtisadi həyatında fəal iştirak etməklə onların məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi ilkin məlumatlara əsasən 48,2 faiz təşkil edir.

Ölkənin ümumi təhsil müəssisələrində müəllimlərin 80,1 faizi, orta ixtisas təhsil müəssisələrində 78,9 faizi, ali təhsil müəssisələrində 52 faizi, həkimlərin isə 62 faizi qadınlardır. Ümumi təhsil müəssisələrində şagirdlərin 46,9 faizi, orta ixtisas təhsil müəssisələrində oxuyanların 65,7 faizi, ali təhsil müəssisələrinin tələbələrinin 48,2 faizi qızlardır.

Elmi işçilərin 58,1 faizini qadınlar təşkil edir. Son 5 ildə həm elmlər doktoru, həm də fəlsəfə doktoru elmi dərəcəsi olan qadınların sayı 1,3 dəfə artıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ