SON DƏQİQƏ
» » Bu məcəlləyə də xidmət haqqı ilə bağlı dəyişiklik edilir

Bu məcəlləyə də xidmət haqqı ilə bağlı dəyişiklik edilir

Tarix:

5-03-2019, 14:42

/ 10 219 dəfə oxundu.
Bu məcəlləyə də xidmət haqqı ilə bağlı dəyişiklik edilir

Torpaq Məcəlləsinə dəyişiklik edilməsi təklif edilir. 

 

GunAz.az xəbər verir ki, bununla bağlı məsələ parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Məcəllənin 56-cı maddəsinə 1-ci bənd əlavə edilib. Sözügedən bənddə bildirilir ki, tikinti məqsədləri üçün torpaq sahəsi ayrılarkən (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) həmin torpaq sahəsində həyata keçirilməsi nəzərdə tutulan tikinti niyyətinin müvafiq ərazinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğunluğu barədə rəy verilməsi ilə bağlı xeyrinə torpaq sahəsinin ayrılması ilə bağlı müraciət etmiş şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda, qaydada və məbləğdə xidmət haqqı ödəyir.

Dəyişikliklər layihəsi səsə qoyularaq qəbul edilib. 

 

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ