SON DƏQİQƏ
» » İrandakı azərbaycanlılar ermənilərə tutarlı cavab verdilər, amma… – Şərh

İrandakı azərbaycanlılar ermənilərə tutarlı cavab verdilər, amma… – Şərh

Tarix:

4-03-2019, 16:58

/ 10 267 dəfə oxundu.
İrandakı azərbaycanlılar ermənilərə tutarlı cavab verdilər, amma… – Şərh

Ermənistanın baş naziri Nikol Paşinyanın Tehranda ermənilərlə görüşündə separatçıların bayrağı altında “Qarabağ Ermənistanındır. Son” şüarının asılması bizim böyük narazılığımıza səbəb oldu. İranda yaşayan azərbaycanlıların cavabı gecikmədi. 100 minlik Təbriz stadionunda “Qarabağ Azərbaycanındır” şüarı səsləndi, elə həmin stadionda Ermənistanın bayrağı yandırıldı və bütün bu görüntülər yayıldı. Üstəlik, ermənilərin Təbrizdəki Mərkəzində və Tehrandakı səfirliyinin divarında “Qarabağ Azərbaycanındır” yazıları yapışdırıldı.

GunAz.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, bu, İrandakı azərbaycanlıların ermənilərin zaldakı təxribatına miqyasca daha böyük cavabı idi:

“Ancaq gəlin görək, bunların hansı biri erməni saytlarında yayımlandı? Hansısa erməni dedimi ki, İran rejimi nədən ermənilərə və Ermənistana qarşı səsləndirilən şüarlara səssiz qaldı? İran XİN-in mətbuat katibi Bəhram Qasimi də Tehranda zaldakı hadisəni faktiki yerli ermənilərin təxribatı kimi qiymətləndirdi. Ancaq erməni saytları mətbuat katibinin çıxışının həmin hissəsini kəsərək onun sadəcə, “biz danışıqların sülh yolu ilə həllinə tərəfdarıq” cümləsini yayımladı.

Biz elə etməliydik ki, Təbrizdə Ermənistan bayrağının yandırılması, üstəlik səfirlik divarında “Qarabağ Azərbaycanındır” yazıları, o cümlədən İran XİN-nin mətbuat katibinin sözləri erməni cəmiyyətinin diqqətinə çatdırılardı və onlar bunu geniş şəkildə müzakirə edərdilər. Necə ki, biz Tehrandakı ermənilərin təxribatını geniş müzakirə edirik, ermənilər də İran azərbaycanlılarının onlara tutarlı cavabını müzakirəyə çıxarmalı idi. Çıxarmırsa deməli, informasiya savaşında ermənilərdən öndə olduğumuzu iddia edə bilmərik.

Bəziləri sual edə bilər ki, axı bu məlumatları erməni cəmiyyətinin müzakirəsinə necə çıxara bilərik ki, mediaları bu haqda heç nə yazmadı.

Ancaq informasiya müharibəsinin özəlliyi elə bundadır ki, düşmənin istəmədiyi informasiyanı onun məkanına ötürməyi bacarırsan və onu bu informasiyanı müzakirəyə məcbur edirsən. Bunun üçün sosial şəbəkələri fəallaşdırırsan, həmin xəbəri xarici dillərdə yayırsan, üçüncü dövlətlərin mətbuatına yol tapmasını təmin edirsən. Məsələn, ermənilər də bizim kimi Rusiya mətbuatını diqqətlə oxuyurlar. Rusiyanın tanınmış qəzetlərinin birində İran azərbaycanlılarının Paşinyanın səfərinə etirazına dair bircə sanballı yazı yayınlansaydı həmin yazı erməni mətbuatına da yol tapacaqdı”.

E.Şahinoğlu onu da bildirib ki, informasiya müharibəsinin necə aparılmasına dair çox danışmaq olar. Sadəcə, son nümunə bunu əyani şəkildə nümayiş etdirdi.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ