SON DƏQİQƏ
» » İran XİN ermənilərin yaratdığı plakat qalmaqalına münasibət bildirdi

İran XİN ermənilərin yaratdığı plakat qalmaqalına münasibət bildirdi

Tarix:

4-03-2019, 09:06

/ 10 248 dəfə oxundu.
İran XİN ermənilərin yaratdığı plakat qalmaqalına münasibət bildirdi

“Ararat” idman kompleksində  erməni dilində bir neçə plakatın asılması özbaşına və qəbuledilməz bir addım idi, İran İslam Respublikası bunu dəstəkləmir.
 
Bunu açıqlamasında İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi bildirib.
 
B.Qasimi deyib ki, Ermənistan  baş naziri Nikol Paşinyanın “Ararat” idman kompleksində  olması və İranda yaşayan eyni dinə mənsub vətəndaşlarla görüşü normal haldır:

“Lakin Ararat idman kompleksində Dağlıq Qarabağ münaqişəsinə dair erməni dilində bir neçə  plakatın asılması  özbaşına atılmış bir addımdır, qəbuledilməzdir ”
 
İran Xarici İşlər Nazirliyinin sözçüsü İranın Qarabağ münaqişəsinə dair  siyasətinin həmişəki kimi şəfaf və aydın siyasət olduğunu, dəyişmədiyini vurğulayıb:

“Münaqişə beynəlxalq prinsiplər əsasında və danışıq yolu ilə həll edilməlidir. İran üçün Ermənistan və Azərbaycanla  münasibətlərinin  Qarabağ münaqişəsinin təsiri altında olmaması çox önəmlidir. Ona görə  İran bu məsələdə  öz əsaslı və məntiqli siyasətini davam etdirir.  Ümid edirik ki,  münaqişə sülhməramlı səylərlə diplomatik yollarla tez bir zamanda həll ediləcək. İran iki ölkə arasındakı bu münaqişənin dinc yolla həlli üçün çalışıb,  yenə də, bunun  üçün bütün səylərini göstərə bilər”.

İran-Azərbaycan münasibətlərini dəyərləndirən B.Qasimi deyib: “Azərbaycan müstəqillik əldə etdikdən sonra  davamlı olaraq münasibətlərimiz yüksələn xətt üzrə  inkişaf edib.  İran Azərbaycanın, Ermənistanın  və digər qonşu ölkələrin sabitliyini və iqtisadi inkişafını  dünyanın ən həssas bölgəsi olan regionumuzun inkişafı hesab edir. Bizim istəyimiz qonşu ölkələrin bir-biri ilə düşmənçilikdən uzaq, dinc və təhlükəsiz yaşamasıdır”.

Xatırladaq ki, martın 1-də Ermənistanın baş naziri Nikol Paşinyanın Tehranda erməni diasporunun nümayəndələri ilə görüşü zamanı “Qarabağ Ermənistanındır” şüarının qaldırılması İranda yaşayan azərbaycanlıların narazılığına səbəb olub. 

Təbriz sakinləri  “Ararat” klubunun ofisinin divarlarına “Qarabağ Azərbaycanın ayrılmaz parçasıdır” şüarını yazıblar.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ