SON DƏQİQƏ

Duman olacaq, yağış yağacaq

Tarix:

4-03-2019, 15:27

/ 10 211 dəfə oxundu.
Duman olacaq, yağış yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 martda gözlənilən hava şəraitini açıqlayıb. 

 

Milli Hidrometeorologiya Departamentindən GunAz.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin martın 4-dən 5-nə keçən gecə bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şimal-şərq küləyi əsəcək. 

 

Havanın temperaturu Abşeron yarımadasında gecə 2-5, gündüz 8-11, Bakıda gecə 3-5, gündüz 9-11 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 55-65 faiz olacaq. 

 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi cənub rayonlarında yağış yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. 

 

Havanın temperaturu gecə 0-5, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti təşkil edəcək. 

 

Tibbi-meteoroloji proqnoz

Martın 5-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi və meteoroloji amillərin zəif tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir. 

 

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ