SON DƏQİQƏ

Bu gün kiçik çillə çıxır

Tarix:

20-02-2019, 11:41

/ 10 259 dəfə oxundu.
Bu gün kiçik çillə çıxır

Xalq arasında uzun illərin müşahidələri əsasında formalaşan qeyri-rəsmi təqvimə görə, bu gün “qışın oğlan çağı” – kiçik çillə çıxır.
GunAz.az xəbər verir ki, xalq təqviminə görə, “qışın oğlan çağı” – kiçik çillə fevralın 20-də çıxıb, öz yerini “boz ay”a verir.
Kiçik çillə yanvarın 31-dən fevralın 1-nə keçən gecədən başlayır.
Xalq təqviminə görə, qış fəsli 3 hissəyə bölünür: böyük çillə 40 gün, kiçik çillə 20 gün çəkir. Onlardan sonra Novruzadək qalan 30 gün “boz ay” adlanır.
Yəni, dekabrın 21-dən yanvarın 31-dək böyük çillə, yanvarın 31-dən fevralın  20-dək kiçik çillə, fevralın 20-dən martın 20-dək boz ay davam edir.
Martın 21-nə keçən gecə daha bir təbiət hadisəsi – yaz gecə-gündüz bərabərliyi baş verəcək.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ