SON DƏQİQƏ

Paytaxt yollarında sürət həddi endirildi

Tarix:

18-02-2019, 21:40

/ 10 293 dəfə oxundu.
Paytaxt yollarında sürət həddi endirildi

Hazırda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar olaraq, Heydər Əliyev prospekti - Hava limanı - Bilgəh və Zığ yolu - Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. 

GunAz.az-ın xəbərinə görə,məqsəd bu cür hava şəraitində hərəkətin təhlükəsizliyini təmin etməkdir.

Sürücülərə hərəkətdə olan zaman sürət həddinə əməl etmələri və meteoroloji amilləri nəzərə almaları tövsiyə edilir. 

 Bu gecədən başlayaraq hava şəraitinin dəyişməsi ilə əlaqədar, Bakı şəhərində müntəzəm sərnişindaşıma ilə məşğul olan daşıyıcı şirkətlərə tapşırıqlar verilib. 

Sərnişin avtobuslarının hərəkət intervalı azaldılacaq, zərurət yarandığı halda, günün pik saatlarında avtonəqliyyat vasitələrinin sayı artırılacaq.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ