SON DƏQİQƏ
» » Sürücülərin nəzərinə! - Sürət həddi azaldıldı

Sürücülərin nəzərinə! - Sürət həddi azaldıldı

Tarix:

20-12-2018, 11:00

/ 10 264 dəfə oxundu.
Sürücülərin nəzərinə! - Sürət həddi azaldıldı

Hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh və Zığ şosesi - Hava Limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bakı Nəqliyyat Agentliyindən GunAz.az-a verilən məlumata görə, məqsəd, hərəkətin təhlükəsizliyini təmin etməkdir.

Agentlik sürücülərdən yollarda sürət həddinə əməl etmələrini, meteoroloji amilləri nəzərə almalarını və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmalarını xahiş edir: "Eyni zamanda, piyadalara yolun hərəkət hissəsinə çıxmamağı və yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələrini tövsiyə edirik".

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ