SON DƏQİQƏ
» » Bu yolla qəzetçiliyin əvvəlki şöhrətini özünə qaytara bilərik – Baş redaktor

Bu yolla qəzetçiliyin əvvəlki şöhrətini özünə qaytara bilərik – Baş redaktor

Tarix:

4-02-2019, 17:50

/ 10 267 dəfə oxundu.
Bu yolla qəzetçiliyin əvvəlki şöhrətini özünə qaytara bilərik – Baş redaktor

Gündəlik 5 min tiraj, 2 minlik satış və ya abunə indiki qəzet bazarı üçün qeyri-realdır. Çünki bazar buna uyğun deyil. İnzibati üsullarla bunu əldə etmək və ya abunə yazdırmaq mümkündür. Amma ən yaxşı yol qəzet satış məntəqələrinə şərait yaradılmasıdır.

GunAz.az xəbər verir ki, bunu “Cümhuriyyət” qəzetinin baş redaktoru Rafael Becanov bildirib.

O qeyd edib ki, metroda satış olsa, “Qasid”in köşklərinin sayı bərpa edilsə, özəl satış müəssisələrinin fəaliyyətinə şərait yaradılsa, 1990-cı illərdəki tirajlar olmasa da, 5 və 2 minlik tələbləri qarşılamaq mümkündür:

“Xüsusən regionlarda qəzet satışı problemi var. Qəzet kağızına tətbiq olunan vergi ilə bağlı məsələyə baxılması da medianın inkişafına böyük töhfə olardı. Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov dəfələrlə bu məsələni Milli Məclisdə qaldırıb və təklif edib ki, ölkəyə gətirilən qəzet kağızı əlavə dəyər vergisindən azad olunmalıdır. Əvvəllər bu vergi tətbiq edilmirdi. İndi isə qəzet kağızının qiyməti az qala ayda bir dəfə artır”.

R.Becanov çap mediasını qorumaq lazım olduğunu vurğulayıb:

“Bacardıqca bunu etməliyik. Çap mediasını qorumaqla gözlə görünən, əllə hiss olunan tarixi də qoruya bilərik. Biz “Cümhuriyət” olaraq, digər həmkarlarımız da bu şərtlərlə qəzetçiliyin əvvəlki şöhrətini özünə qaytara bilərik. Amma indiki durumla onlayn media çap medianı üstələyəcək. Çap media isə silinməyən tarixdir...”

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ