SON DƏQİQƏ

Kənd turizmi

Tarix:

31-01-2019, 15:56

/ 10 428 dəfə oxundu.
Kənd turizmi

Bu günlər şəhər həyatından yorulmuş insanlar üçün ən yaxşı seçimlərdən biri istirahət etmək üçün kənd həyatını təcrübə etməkdir. Elə buna görə də son zamanlar kənd turizminə maraq xeyli artıb.

GunAz.az bildirir ki, bir stəkan samavar çayı, isti təndir çörəyi, ocaq üstündəki dadlı  yemək, gözəl təbiət mənzərəsi və quşların şirin nəğməsi bu günlər şəhər həyatından yorulmuş hər bir insanın ən böyük arzusuna çevrilib.

Turist: “Mən İtaliyada yaşayıram. İşimlə əlaqədar İrana olan səfərlərimdə kənd həyatını təcrübə etmək üçün buralara gəlirəm.”

Gözəl bir həftə sonu üçün təbiətin qoynunda yerləşən, dağlar, meşələr və çaylar ilə əhatəyə alınmış belə bir kənddən daha yaxşı harada istirahət etmək mümkündür?

Bu günlər kənd turizmi keçmişə səfər etmək üçün də ən yaxşı seçimlərdən biridir.

Turist: “Kənd turizmində siz kənd həyatı, kənd əhalisinin qədim adət-ənənələri ilə yaxından tanış olmaq mümkündür.”

Kənd turizmi şəhər sakinlərinə tətil günlərini gözəl keçirmək imkanı  yaratmaqla yanaşı, kənd əhalisi üçün də münasib gəlir mənbəyi sayılır.

Kənd sakini: “Turistlərin sayı çox olduqda onları qonşu evlərə də göndəririk. Turistlər burada bal, qaymaq və digər kənd məhsullarını da əldə edə bilərlər.”

Kənd sakini: “Turistlər arasında kənd qadınlarının əl işlərinə də böyük maraq var.”

Burada turistlər kənd yeməklərini dadmaq ilə yanaşı, kənd əhalisinin adət-ənənələri ilə də yaxından tanış olmaq imkanına malikdirlər.   

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ